Azərbaycanda sürətlə inkişaf edən idman növləri ilə yanaşı, yerində sayan növlərin də olmağı ürəkaçan deyil. Bəzi növlər isə ümumiyyətlə demək olar ki, yox dərəcəsindədir.
Beynəlxalq səviyyədə heç cür uğur qazana bilmədiyimiz qılıncoynatma idman növü barədə bir neçə söz
Hələ qədim zamanlarda dədə-babalarımızın qılıncla bir ordunu çökdürdüyünü, qılıncdan istifadənin bizim soykökümüzdən gəldiyini eşitmişik. Ancaq müasir dövrdə Azərbaycan qılıncoynadanları nədənsə heç cür beynəlxalq səviyyədə yüksək uğura imza ata bilmirlər. Ən acınacaqlı hal isə yığma komandamızda beynəlxalq yarışlara çıxa biləcək idmançıların olmamasıdır. Bu barədə dəfələrlə şəxsən mənə açıqlama verən milli komandanın baş məşqçisi Tahir Həkimov da deyib. Yarışlara 3-4 qız göndərilir ki, onların da göstərdiyi nəticələr heç ilk 20-25-likdə də olmur. Bu yaxınlarda Dünya Kubokunun I mərhələsi yarışlarına cəmi 4 idmançımız qatılmışdı ki, onların da hamısı qızlar idilər. Bu idmançılar arasında ən yaxşı nəticəni Səbinə Mikina göstərdi - 46-cı yer. Həm də 100 idmançı arasında. Biabırçılıq...
Anlaşılmayan hallardan bir də odur ki, federasiya yarışlara göndərməyə kişi idmançı tapa bilmir, ancaq heyətə qadın legioner cəlb etmək fikrinə düşüb. Rusiyadan dəvət olunacaq idmançı sablya silahı ilə yarışmalıdır. Artıq idmançının gətirilib, gətirilmədiyini bilmirəm, amma ölkədən yarışlara bir kişi idmançının qatılmamağı, qadınların isə 100 idmançı arasında 46-cı nəticə göstərməsi, hələ üstəlik federasiyanın bunu uğur kimi mediaya sırıması rüsvayçılıqdan başa bir şey deyil.
Çöpə oxşayan qılıncları oynatmaq, güləşdən, karatedən, voleyboldan, otüstü hokkeydən, boksdan, taekvandodan və s. daha çətindir?
Dövlətin göstərdiyi diqqət və qayğı qarşısında federasiyanın işi sıfr dərəcəsindədir. Ölkə və paytaxt çempionatlarının təşkili ilə işinin böyük hissəsini bitmiş hesab edən federasiya niyə neçə müddətdir bu biabırçı durumdan çıxmaq üçün əsaslı bir iş görmür.
Bakıda qılıncoynatma üzrə yeniyetmələr və gənclər arasında Dünya Çempionatı keçirildi. Bu qılıncoynatmaya göstərilən diqqətin hələ az bir hissəsidir. Çempionatda qazanılan biabırçı nəticələr isə insanı yalnız təəssüfləndirir.
Yəni bu qədər çətin idman növlərində uğur qazanmaq olur, qılıncoynatmada neçə illərdir hələ heç nə etmək olmur?
Yazının ardını bir də qılıncoynatma idman növündə nə vaxtsa bir idmançımız beynəlxalq səviyyədə mükafatçılar sırasında düşəndə yazmağı planlaşdırıram. Acaq bu gedişlə deyəsən, hələ çox gözləməli olacam...
Elgün Vidadioğlu
siasport.az
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB