Sərbəst güləşçilərimiz Bolqarıstanda beynəlxalq turnirdə iştirak edəcək

Sərbəst güləşçilərimiz Bolqarıstanda beynəlxalq turnirdə iştirak edəcək

25-27 fevral 2011-ci il tarixdə Bolqarıstanın Burqas şəhərində güləş üzrə 49-cu "Dan Kolov - Nikola Petrov" beynəlxalq turniri keçiriləcək. Siasport.az saytı xəbər verir ki, sərbəst güləş üzrə yığma komandamız həmin turnirdə iştirak edəcək. Böyük məşqçi Arif Abdullayev və məşqçi Aslan Ağayevin rəhbərliyi altında turnirə 14 pəhləvanımız yollanacaq.

Heyətdə Nicat Muradov, Yaşar Əliyev, Namiq Sövdümzadə (hər üçü 55 kq), Hacı Əliyev, Xaybulla Şaalov (hər ikisi 60 kq), Cəbrayıl Həsənov (66 kq), İbrahim Yusubov, Elcan Usubzadə, Emin Əzizov, Aqil Quliyev (hamısı 74 kq), İlya Xamikoyev, Hacı Əlicanov (hər ikisi 84 kq), Aslanbek Alborov (96 kq), Aslan Dzebisov (120 kq) yer alıb.

Görüşlərin idarə edilməsində Vüqar Şükürov hakim kimi iştirak edəcək.

Proqrama əsasən, fevralın 25-də 55 və 66 kq, 26-da 74 və 96 kq, 27-də isə 60, 84 və 120 kq çəki dərəcələridə pəhləvanlar qüvvəsini sınayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə