Tofiq Bəhramov adına Republika stadionunda KİV nümayəndələrinə ayrılan yerlər təəssüf hissi doğurur
Futbol ən böyük təsir gücünə malik, kütləvi və
sevilən idman növlərindən biridir. Əbəs yerə deməmişlər, futbol idmanın
şahıdır. Futbolun oynanılması üçün stadion əsas şərtlərdən biridir. Hal-hazırda dünyanın müxtəlif ölkələrində çox yüksək
səviyyədə tikilib istifadəyə verilmiş stadionlar var. Bunlara İspaniya,
İtaliya, Almaniya və İsveçrə kimi ölkələri misal gətirə bilərik. Hər bir idman
növündə olduğu kimi futbolda da KİV nümayəndələrinin rolu danılmazdır. Çünki
onların gördükləri iş ən azından bu idman növündə baş verən hadisələri dolğun
şəkildə işqılandırmaqdır. Məlum məsələdir ki, hər bir stadionda media üçün
xüsusi yerlər ayrılır, onların yaxşı işləməsi üçün hər cür şərait yaradılır. Təəssüflər olsun ki, bunu ölkəmiz üçün deyə
bilməyəcəyik. Azərbaycanın hal-hazırda azarkeş tutumuna görə ən böyük
stadionu sayılan Tofiq Bəhramov adına Respublika stadionunda KİV-ə ayrılmış
yerləri görəndə həqiqətən biz jurnalistlər çox məyus oluruq. Vəziyyət o
dərəcədə acınacaqlıdır ki, hər dəfə ora reportaja gedərkən özümüz ilə dəsmal
aparmalı oluruq ki, heç olmasa oturacaqların tozunu alaq. Bu tablonu görəndə
həqiqətən çox təəssüflənirik. Çünki bir anlıq gözümüzün önünə başqa
ölkələrdə oyunlar zamanı stadionlarda çalışan həmkarlarımızı
gətiririk. Stadionda media bölməsinə ayrılan yerlərin nə qədər bərbad şəkildə
olduğunu bir misal ilə nəzərə çatdırmaq istərdim. Keçdiyimiz aylardan
birində, daha dəqiq desək, ötən ilin iyul ayında UEFA Avropa Liqasının ikinci
təsnifat mərhələsi çərçivəsində "Bakı"-"Buduçnost"(Çernoqoriya) matçında rəqib
komandanın nümayəndələrinin bizə "yazıqcasına" tamaş etmələrinin şahidi olduq. Belə ki, oyun vaxtı təsadüfən yağış yağmağa başladı.
Bununla da KİV nümayəndələrinə ayrılmış sektorun üzərini örtən tavanın dəlik
olması və suyun üzərimizə tökülməsi utancverici tablonun yaranmasına gətirib çıxartdı.
Niyə axı belə olmalıdır?!. Biz də
futbolumuzun inkişafı üçün çalışırıq, yazılarımızı həmişə onun üzərində
qururuq. Beynəlxalq miqyaslı oyunlarda stadionda elə vaxtlar olur ki,
özümüzə əyləşməyə yer tapa bilmirik. Jurnalistlərin yerlərində başqaları
əyləşirlər. Onların hansı yolla orda əyləşdikləri məlum məsələdir. Bu
yaşadığımız hadisələr də mühafizə xidmətinin işinin öhdəsindən gəlmədiyini
göstərir.
Söhbət düşmüşkən, Premyer Liqanın oyunları zamanı
klub işçilərinin və polislərin KİV nümayəndələrinə qarşı davranışlarına da
toxunmaq istərdim. Matç başa çatdıqdan sonra media tribunasını bağlayır,
jurnalistlərin futbolçulara yaxınlaşmalarına imkan vermirlər. Bir sözlə desək,
elə bil bizi rəqib komandaların azarkeş qismində görürlər.
Elçin Cəfərov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB