"Karyeramda hələ belə uzun penalti seriyası olmamışdı. Hətta neçə zərbə vurulduğunu da bilmirəm". SİA alman mətbuatına istinadən xəbər verir ki, bu sözləri Almaniya millisinin qapıçısı Manuel Noyer "Avro-2016"nın 1/4 finalında İtaliyaya qalib gəldikləri oyundan sonra deyib.
Almaniyalı qolkiper komandasının yarımfinala yüksəlməyə layiq olduğunu bildirib: "Bir qədər bəxtimiz gətirmədi. Qapımıza penalti zərbəsi təyin olundu. Bununla belə, oyunda diqtə edən tərəf biz idik və yarımfinala layiqli vəsiqə qazandıq. Finala çıxmaq üçün də əlimizdən gələni edəcəyik".
Qeyd edək ki, penaltilər seriyasında 6:5 hesabı ilə qalib gələn Almaniya millisi yarımfinala yüksəlib. Bundestimin finala gedən yolda rəqibi Fransa - İslandiya cütünün qalibi olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB