Karlos Ancelotti “Çelsi”dən ikiəlli yapışıb

Karlos Ancelotti öz xoşu ilə "Çelsi"nin baş məşqçisi postunu tərk edənə oxşamır. Siasport.az saytı xəbər verir ki, italiyalı futbol mütəxəssisi ingilis jurnalistlərə acıq verirmiş kimi bir tərzdə vurğulayıb ki, o, indiyə qədər çalışdığı heç bir klubdan istefa verərək ayrılmayıb və "Çelsi"nin sükanı arxasından başqa bir yerə getmək fikrində deyil. Sən demə İngiltərə Premyer Liqasında artıq 5-ci yerə yuvarlanan "zadəganlar"ın hazırkı durumu italyan mütəxəsissi o qədər də narahat etmir. O bildirib ki, "Çelsi"də qərarları klubun rusiyalı sahibi Karlos Ancelotti verir və onun etimadını doğrultmaq üçün işini daha da yüksəltmək istəyir. Onun bildirdiyinə görə "Çelsi"ni tərk etmək fikrində deyil və hazırda bütün futbolçularını Çempionlar Liqasının 1/8 final mərhələsində "Kopenhagen" futbol klubu ilə keçirəcəkləri qarşılaşmaya hazırlayır. Təcrübəli italiyalı futbol mütəxəssisi əlavə edib ki, onun çalışdırdığı komanda Çempionlar Liqasının ¼ final mərhələsinə çıxmaq gücündədir.

Bütün xəbərlər Facebook səhifəmizdə