Sebastyan Fettel Avstriyada cəzalandırılacaq?

Sebastyan Fettel Avstriyada cəzalandırılacaq?

"Ferrari" yürüşçüsü Sebastyan Fettel Avstriya Qran-prisi yarışlarında start düzülüşündə beş mövqe üzrə cərimələnə bilər. SİA xəbər verir ki, Bakıda Formula-1 üzrə Avropa Qran-prisi yarışları zamanı Fettelin bolidindəki ötürücü qutu bərk qızmadan xəsarət aldığı üçün qutunun dəyişdirilməsi və bununla bağlı cərimə istisna edilmir.

Hazırda komanda ötürücü qutunun vəziyyətini öyrənməyə davam edir. Ola bilsin ki, qutunun dəyişdirilməsinə ehtiyac olmayacaq. "Ferrari" cümə günü axşamından gec olmayaraq qərar qəbul etməlidir: məşq zamanı pilotlar əsas ötürücü qutudan istifadə etməyə bilər, lakin şənbə günü "icazəli" qutu quraşdırılmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə