"Bakı"nın kapitanı Cəmşid Məhərrəmov Tovuzda qazanılan vacib qələbə və Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində keçirilcək AZAL -"Bakı" oyunu barədə klubun rəsmi saytına fikirlərini bildirib. Siasport.az saytı futbolçunun fikirlərini nəzərinizə çatdırır: "Ötən həftə "Turan"la oyunda olduqca vacib qələbə qazandıq. Tovuza elə üç xal üçün getmişdik. "Muğan"nın "Qəbələ"ni məğlub etməsi də işimizə yaradı. İndi hər şey öz əlimizdədir. İlk altılığa vəsiqə uğrunda son oyunda var qüvvəmizi meydanda qoyub qələbə qazanmalıyıq. Çoxları bizi bu mövsüm hesabdan silmişdi . Amma tələsməsinlər. İlk altılığa vəsiqə qazanıb, öz sözümüzü deyəcəyik. Liderlə aramızda böyük xal fərqi olsa da, Avrokuboklara vəsiqə qazanacağımıza inanıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB