“Qalatasaray” Sneyderi hər gün 10 min avro cəzalandıracaq

“Qalatasaray” Sneyderi hər gün 10 min avro cəzalandıracaq

İstanbulun "Qalatasaray" futbol klubunun hollandiyalı ulduzu Uesli Sneyderlə bağlı iddialar hər gün artmağa başlayıb. SİA Türkiyənin nüfuzlu idman nəşrlərinə istinadən xəbər verir ki, ulduz futbolçunun "Qalatasaray"ın yeni mövsüm öncəsi ilk məşqində iştirak etməməsinin səbəbi müəyyənləşib. Xəbərə görə, hollandiyalı yarımmüdafiəçinin oğlunun vəftiz mərasimi səbəbindən məşqə getmədiyi məlum olub. U.Sneyderin bununla bağlı klubun baş məşqçisinə məlumat verdiyi bildirilib. Buna baxmayaraq, klubun rəhbərliyi oyunçunun bu addımından narazı qaldığı və İstanbulda olmadığı hər gün üçün onu 10 min avro ilə cəzalandıracağı iddia edilir. Qeyd edək ki, U.Sneyderin iyulun 7-i İstanbula gedərək məşqlərə qatılacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə