“Real” Daniel De Rossini transfer etməkdə israrlıdır

“Real”  Daniel  De  Rossini transfer etməkdə israrlıdır

İspaniyanın "Real Madrid" futbol klubunun İtaliyanın "Roma" futbol klubunun forvardı Daniel De Rossinin heyətinə qatmaq istəyi artıq konkretləşir. Siasport.az saytı xəbər verir ki, bir neçə gün bundan əvvəl bu barədə gedən məlumatlar artıq rəsmi xarakter almağa başlayıb. Belə ki, kral klubu İtaliya təmsilçisinə mövqeyini çatdırıb. İspaniya mətbuatının məlumatına əsasən, klubun menecerləri "Roma" rəhbərliyinə De Rossinin transferi ilə bağlı danışıqlara başlamaq üçün gələn həftəyə qədər qarşılıqlı təkliflərini hazırlamaq niyyətində olduqlarını və "Roma" tərəfinin də bu istiqamətdə mövqeyinin qətiləşməsinin vacibliyini çatdırıblar. Məlumata əsasən 27 yaşlı futbolçu üçün "Real Madrid" rəhbərliyi 35 milyon avrodan keçməyə hazır olduqlarını yenidən qarşı tərəfin diqqətinə çatdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə