Qadın güləşçilərimiz İsveçdə Açıq Beynəlxalq turnirdə iştirak edəcək

Qadın güləşçilərimiz İsveçdə Açıq Beynəlxalq turnirdə iştirak edəcək

5-6 mart 2011-ci il tarixdə İsveçin Klippan şəhərində qadın güləşi üzrə Açıq Beynəlxalq Turnir keçiriləcək. Siapsort.az saytı xəbər verir ki, turnirdə iştirak edəcək qadın güləşi üzrə yığma komandamız İsveç komandası ilə yarış öncəsi birgə təlim-məşq toplanışı keçəcək. Bu məqsədlə komandamız artıq İsveçə yola düşüb.

Komandamızın heyətində Patimat Baqomedova, Anjela Doroqan (hər ikisi 51 kq), Yuliya Ratkeviç (59 kq), Anna Belyayeva, Olesya Zamula (hər ikisi 63 kq), Nadya Sementsova (67 kq) və Nataliya Palamarçuk (72 kq) yer alıb. Yığmamıza turnirdə böyük məşqçi Kurban Kurbanov rəhbərlik edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə