UEFA Polşa və Portuqaliya millilərinə cəza verdi

UEFA Polşa və Portuqaliya millilərinə cəza verdi

UEFA "Avro-2016"nın 1/4 final mərhələsinin Polşa - Portuqaliya oyunu ilə bağlı intizam işi açıb. SİA UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, belə bir addımın atımasına əsas səbəb, sözügedən qarşılaşmada hər iki yığmanın azarkeşlərinin pirotexnki vasitələrdən istifadə etməsi səbəb olub. İntizam Komitəsinin bununla bağlı qərarını iyulun 21-də açıqlayacağı bildirilib. Qeyd edək ki, Polşa - Portuqaliya görüşünün əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında 5:3 hesabı ilə qalib gələn Portuqaliya yarımfinala yüksəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə