Konkur üzrə “WINTER CUP” adlı Dünya Kuboku Təsnifat Mərhələsinin yarışları başa çatıb- NƏTİCƏLƏR
Novxanı qəsəbəsində yerləşən Sərhədçi Atçılıq Mərkəzinin qapalı manejində Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən atçılığın konkur növü üzrə CSI2*-W kateqoriyalı "WINTER CUP" adlı Dünya Kuboku Təsnifat Mərhələsinin yarışları təşkil olunub. Siasport.az saytı xəbər verir ki, 3 gün davam edən turnirin sonuncu günündə Grand Prix – Final yarışı keçirilib. 2008-ci il Pekin Olimpiadasının iştirakçısı Camal Rəhimov Topic V.V. ləqəbli atla final yarışında ən yüksək nəticə göstərərək Qış Kubokunun qalibi olub. Azəbaycanlı idmançı birinciliklə yanaşı, Platin E ləqəbli digər atla ikinci yeri də qazanıb. Sevindirici haldır ki, yarışın üçüncüsü digər həmyerlimiz Seyid Musayev olub. İdmançı Nabab De Belou ləqəbli atla maneələri dəf edib. Grand Prix yarışının dördüncü yerinə isə Bolqarıstan Respublikasını təmsil edən idmançı Tenev Venetto Uterusa ləqəbli atla layiq görülüb.
17 Dekabr - "Açılış yarışı"
1. Gennadiy Qashibayazov Papirus
2. 2. Camal Rəhimov Platin E
3. 3. Tenev Venetto Uterusa
4. 4. Camal Rəhimov Concorde 57
5. 5. Seyid Musayev Nabab De Belou
18 Dekabr
1. Gennadiy Qahibayazov Papirus
2. 2. Camal Rəhimov Platin E
3. 3. Gachechiladze Shalva Saturn
4. 4. Hikmət Musayev Light Limerick
5. Gennadiy Qashibayazov Kalinka
19 Dekabr - Grand Prix – Final
1. Camal Rəhimov Topic V.V.
2. 2. Camal Rəhimov Platin
E
3. 3. Seyid Musayev Nabab
De Belou
4. 4. Tenev Venetto Uterusa
5. 5. Seyid Musayev Ursula
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB