Yaşar Rüstəmov: “Qol epizodlarının realizəsində çatışmazlıqlar hiss olunur”

Yaşar Rüstəmov: “Qol epizodlarının realizəsində çatışmazlıqlar hiss olunur”
"Abşeron" - "Rəvan" matçından sonra "Abşeron" FK-nın prezidenti Yaşar Rüstəmov futbolçuların yanına gələrək, onları qələbə münasibətilə təbrik edib. Siasport.az saytı xəbər verir ki, oyundan sonra fikirlərini bölüşən Yaşar müəllim qeyd edib ki, çox gərgin və çətin oyun izlədi: "Təbii ki, qazandığımız qələbə, əldə etdiyimiz 3 xal bizi sevindirməyə bilməz. "Abşeron" istər fiziki, istər taktiki, istərsə də psixoloji cəhətdən üstünlüyünü nümayiş etdirdi. Lakin qol epizodlarının realizəsində çatışmazlıqlar hiss olunur. Matçın gərginliyi və prinsipiallığını nəzərə alsaq, futbolçuları başa düşmək olar". Komandanın 15 oyunda cəmi bir top buraxması faktına Yaşar Rüstəmovun münasibəti qısa oldu: "Statistikaya çempionat başa çatandan sonra nəzər salacayıq".

Bütün xəbərlər Facebook səhifəmizdə