Andrey Şevçenko İstanbula heyran qalıb

Keçən həftə İstanbulun "Beşiktaş" futbol klubunu öz meydanında 4:1 hesabı ilə darmadağın edən Kiyev "Dinamo"sunun kapitanı Andrey Şevçenko, deyəsən İstanbula heyran qalıb. Siasport.az saytı xəbər verir ki, Ukrayna mətbuatına verdiyi açıqlamalarda A.Şevçenko növbəti mərhələyə kimin çıxacaqının cavab qarşılaşmasında məlum olacaqını bildirib. Ukraynalı ulduz futbolçu, İstanbuldakı futbol azarkeşlərinin hər zaman öz özəllikləri ilə seçildiklərini diqqətə çatdırıb: "Bu tərəfdarlar qarşısında futbol oynamağı daima arzulamışam. Burda futbol oynamağı çox sevirəm. Burada çox gözəl xatirələrim var. Yadıma gəlir ki, 2005-ci ildə UEFA Çempionlar Liqasının finalında "Milan"ın "Liverpul"a məğlub olduğu qarşılaşmada penaltini düzgün yürinə yetirə bilmədib. Bu anı heç vaxt unuda bilmirəm."-deyə ukraynalı forvard fikirini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə