Nizami Salahovun 65 illik yubileyi təntənəli şəkildə qeyd olunub

Nizami Salahovun 65 illik yubileyi təntənəli şəkildə qeyd olunub
Azərbaycanın tanınmış futbolçusu, Gəncə futbol tarixində özünəməxsus yeri olan Nizami Salahovun 65 illik yubileyi təntənəli şəkildə qeyd olunub. Siasport.az saytı xəbər verir ki, "Qızıl Gül" restoranında düzənlənmiş tədbirdə veteran futbolçularla yanaşı, idman sahəsində çalışan ictimaiyyət nümayəndələri, yubilyarın dostları, yaxınları iştirak edib.

Açılış mərasimindən sonra N.Salahovu ilk öncə Gəncə Regional Futbol Federasiyasının Prezidenti, Millət vəkili Xanlar Fətiyev təbrik edib, ona uzun ömür, can sağlığı, əmək fəaliyyətində uğurlar arzulayıb. Xanlar Fətiyev ölkə başçısı İlham Əliyevin idmanın bütün sahələrinə göstərdiyi diqqət və qayğını ön plana çəkərək əlavə edib ki, Gəncədə futbolun inkişafinda, ümumilikdə Gəncə futbolunun nailiyyətlərində Nizami Salahovun öz yeri, öz payı var.

Sonra GRFF vitse-prezidenti Musa Abdullayev çıxış edərək Nizami Salahovun həm bir futbolçu kimi, həm də bir insan kimi xüsusiyyətlərindən danışıb, belə idmançıların daim diqqət mərkəzində olmasını "Keçmişi unutsaq, gələcək də olmaz" fikri ilə tamamlayıb. Gəncə Peşəkar Futbol Klubunun Prezidenti Elmir Əliyev də N.Salahovu yubiley münasibəti ilə təbrik edib, ona can sağlığı və müvəffəqiyyətlər arzulayıb.

GRFF-nın təşəbbüsü və dəstəyi ilə təşkil olunan tədbir boyu qonaqlar N.Salahova öz arzu və istəklərini çatdirıblar, şerlər söyləyib, bol bol rəqs ediblər.


Siasport.az saytının kollektivi də yublyarı təbrik edir!

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com