İngiltərənin "Mançester Yunayted" futbol klubu özünün əfsanəvi futbolçularından olan Ryan Giggslə mövcu olan müqaviləsini daha 1 il müddətinə uzadıb. Siasport.az saytı xəbər verir ki, artıq 20 ildir ki, ingilis nəhənginin heyətində çıxış edən 37 yaşlı R.Giggs, ingilis jurnalistlərə biuldirib ki, o İngiltərədə "Mançester Yunayted"dən başqa heç bir futbol klubunda çıxış edə bilməz: "Açıq şəkildə deyirəm ki, "Mançester Yunayted" mənim doğma evimdir. Həyatımın son 20 ili bu komandada keçib. Acılı-şirinli günlərimin xatırələri bu komanda ilə bağlıdır. Başqa klubda gedib çıxış etməyi heç ağlıma da gətirmirəm. Futbol həyatımı da bu klubda başa vuracam"-deyə RəGiggs fikirlərini tamamlayıb. Xatırladaq ki. Təcrübəli futbolçu "Qırmızı Şeytanlar"ın heyətində 11 dəfə İngiltərə Çempionluğunu, 4 dəfə İngiltərə Kubokunu və 2 dəfə də Çempionlar Liqasını qazanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB