Ruud Van Nistelrooy: “Mən “Beşiktaş”a gəlməyə hazıram”

Ruud Van Nistelrooy: “Mən “Beşiktaş”a gəlməyə hazıram”

Keçən hətfə "İsmət İnönü" stadionunda Kiyev "Dinamo"suna, dünən isə elə həmin stadionda əzəli rəqibi "Fənərbaxça"ya biyabırçı şəkildə məğlub olan İstanbulun "Beşiktaş" klubu, bütün bunlara baxmayaraq xarici ulduz futbolçuların diqqətini cəlb etməkdə davam edir. Siasport.az saytı xəbər verir ki, hazırda Almaniyanın "Hamburq" futbol klubunda çıxış edən hollandiyalı futbol ulduzu Ruud Van Nistelrooy İstanbul klubuna transfer olunmasınıın mümkün olduğunu dilə gətirib. O bildirib ki, alman klubu ilə yollarını mövsümün sonunda ayırmağ istəyir və Avropa kuboklarında mübarizə aparacaq bir komandada çıxış etməyi düşünür. "Real"ın əfsanələrindən olan hollandiyalı futbol ulduzu, kral klubunun digər bir əfasnəsi hesab olunan Quti Hernandezin də çıxış etdiyi İstanbulun "Beşiktaş" futbol klubuna transfer olmaqa hazır olduğunu deyərək, yeganə şərtinin "qara qartal"ın mütləq Avropada mübarizə aparmasının vaciblyi ilə bağlı olduğunu deyib. Yəni əgər İstanbul təmsilçisi Şempionlar Liqasında və ya Avropa Liqasında mübarizə apararsa, hollandiyalı ulduzun İstanbula gəlməsi problem olmaz. "Beşiktaş rəhbərliyi isə onu transfer etmək üçün Qutini vasitəçi kimi danışıqlara cəlb edib.

Bütün xəbərlər Facebook səhifəmizdə