Cüdoçularımız Dünya Kubokunda iştirak edəcəklər

Cüdoçularımız Dünya Kubokunda iştirak edəcəklər

Fevral ayının 26-27-də Polşada kişilər arasında cüdo üzrə Dünya Kuboku keçiriləcək. Siasport.az saytı xəbər verir ki, Varşavada start götürəcək yarışda yığma komandanın məşqçisi Hacıağa Hacıəhmədov və məşqçi Tərlan Həsənovun rəhbərliyi altında ümumilikdə 11 cüdoçumuz mübarizəyə qatılacaq.

Belə ki, cüdoçularımızdan Vüqar Şirinli, Asim Xələfov (hər ikisi 60 kq), Bəhram Zərbiyev, Asim Qocayev (hər ikisi 66 kq), Eldar Qasımov (73 kq), Elxan Rəcəbli (81 kq), Sain Məmmədov (100 kq) və Almaniyanın Düsseldorf şəhərində Qran Pri yarışına qatılan daha 4 cüdoçumuzun –İlqar Müşkiyev (60 kq), Rinat Mirzəliyev (73 kq), Ramin Qurbanov (90 kq) və Emil Tahirovun (+100 kq) Dünya Kubokunda iştirak etmək üçün Almaniyadan bir başa Polşaya yola düşəcəkləri gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə