Yığmamız Dünya Kubokunda - NƏTİCƏLƏR

Yığmamız Dünya Kubokunda - NƏTİCƏLƏR

Xəbər verdiyimiz kimi, Belarusun paytaxtı Minsk şəhərində yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışları keçirilib. Siasport.az saytı xəbər verir ki, Dünya Kuboku yarışlarında öz yarımqrupundan ikinci yerə çıxan Azərbaycan millisi son oyun günündə bürünc medallar uğrunda mübarizə aparıb.

Qeyd edək ki, baş məşqçi Fərid Mansurovun rəhbərliyi altında yığmamızın 11 üzvü Belarusa yollanıb. Dünya Kubokunda yığmamızı Eldəniz Əzizli, Rövşən Bayramov (hər ikisi 55 kq), Həsən Əliyev, Orxan Paşayev (hər ikisi 60 kq), Vitali Rəhimov, Rüstəm Əliyev (hər ikisi 66 kq), Rafiq Hüseynov (74 kq), Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq), Zaur Mehrəliyev, Anton Botev (hər ikisi 120 kq) təmsil edib.

Komandamız Rusiya, Ermənistan, Qazaxıstan və Bolqarıstanla eyni qrupa düşüb. Yığmamız ilk olaraq Rusiya millisi ilə qarşılaşıb. Lakin minimal fərqlə məğlub olub:

Azərbaycan - Rusiya - 3:4

55 kq: Rövşən Bayramov - Nazir Mankiyev - 0:1 (ikinci hissədə zədələnən idmançımız döyüşü davam etdirə bilməyib)

60. kq. Həsən Əliyev - Asaln Abdullin - 0:1, 1:3

66 kq: Vitali Rəhimov - Ambako Vaçadze - 0:1, 1:0, 1:0

74 kq: Rafiq Hüseynov - İmil Şarafetdinov - 1:0, 0:1, 1:0

84 kq: Saman Təhmasibi - Yevgeni Boqomolov - 0:1, 0:2

96 kq: Şalva Qadabadze - Rüstəm Totrov - 0:1, 0:1

120 kq: Anton Botev - Aleksandr Anuçin - 0:1, 2:0, 1:0

İlk görüşündə Rusiyaya minimal fərqlə uduzan komandamız ikinci görüşünü Ermənistana qarşı keçirib və parlaq qələbə qazanıb:

Azərbaycan - Ermənistan - 7:0

55 kq: Eldəniz Əzizli - Armen Çomaryan - 2:0, 1:0

60 kq: Həsən Əliyev - Artur Mkrtçyan - 4:0, 0:1, 4:0

66 kq: Vitali Rəhmov - Ovanes Varderasyan - 1:0, 0:1

74 kq: Rafiq Hüseynov - Arşak Boranyan - 2:0, 1:0

84 kq: Saman Təhmasibi - Tiqran Saakyan - 0:1, 1:0, 2:0

96 kq: Şalva Qadabadze - Sarkis Tonosyan - 5:0, 1:0

120 kq: Anton Botev - Elizar Vaqonyan - 2:0, 1:0

Millimizin üzvləri üçüncü görüşünü Bolqarıstana qarşı keçirib və bu dueldən də qalib ayrılıb:

Azərbaycan - Bolqarıstan - 6:1

55 kq: Eldəniz Əzizli - Venelin Venkov - 1:0, 3:0

60 kq: Həsən Əliyev - Rumen Savçev - 1:0, 2:0

66 kq: Rüstəm Əliyev - Emil Milev - 1:0, 1:0

74 kq: Rafiq Hüseynov - İvaylo Saykov - 5:0

84 kq: Saman Təhmasibi - Nikolay Bayrakov - 3:1, 3:0

96 kq: Bolqarlar bu görüş üçün idmançı çıxara bilmir və onlara texniki məğlubiyyət verilir.

120 kq: Anton Botev - İvan İvanov - 0:1, 1:0, 0:1

Komandamızın qrupdakı sonuncu rəqibi Qazaxıstan olub və onlar üzərində də qələbə qazanıb:

Azərbaycan - Qazaxıstan - 4:3

55 kq: Eldəniz Əzizli - Asxat Kudaberqenov - 0:2, 0:1

60 kq: Həsən Əliyev - Almat Kebispayev - 3:0, 5:1

66 kq: Rüstəm Əliyev - Aybek Ensexanov - 1:0, 0:1, 1:0

74 kq: Rafiq Hüseynov - Dojan Kartikov - 1:0, 0:1, 0:1

84 kq: Saman Təhmasibi - Alhazur Ozdiyev - 1:0, 2:0

96 kq: Şlava Qadabadze - Marqulan Assembekov - 1:0, 6:0

120 kq: Anton Botev - Nurmahan Tinaliyev - 0:1, 0:1

Beləliklə, qrup oyunlarından sonra komandamız A qrupundan Rusiyanın ardından ikinci olub. Bununla da pəhləvanlarımız Dünya Kubokunun bürünc mükafatları uğrunda mübarizə aparmaq hüququ qazanıb.

Baş məşqçi Fərid Mansurovun rəhbərlik etdiyi yığmamız üçüncü yer uğrunda döyüşdə meydan sahibləri – Belarusla görüşüb. Lakin qarşılaşmaya uğurlu başlayan güləşçilərimiz sonda meydanı məğlub tərk ediblər - 3:4.

Azərbaycan - Belarus - 3:4

55 kq: Rövşən Bayramov – Elbek Tajiyev - 2:0, 0:2, 2:0

60 kq: Həsən Əliyev – Aleksandr Zabanovski - 3:0, 3:0

66 kq: Vitali Rəhimov – Mixail Semyonov - 0:2, 1:0, 0:1

74 kq: Rafiq Hüseynov – Aleksandr Kukinov - 0:1, 0:1

84 kq: Saman Təhmasibi – Alim Səlimov - 2:0, 1:2, 1:0

96 kq: Şalva Qadabadze – Timofey Denisenko - 0:1, 0:2

120 kq: Anton Botev– Yozeb Çoquşvili - 0:1, 0:2

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня