Futbol üzrə Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo "Avro-2016"nın 1/4 finalında Polşa üzərində penaltilər seriyasında 5:3 hesabı ilə qazandıqları qələbədən sonra bir sıra açıqlamalarla çıxış edib. SİA xarici KİV-lərə istinadən xəbər verir ki, portuqaliyalı ulduz forvard, qol vura bilmədiyinə görə də təəsüfləndiyini dilə gətirib: "Çətin oyun oldu. Polşa yaxşı oynadı. Rəqib fiziki cəhətdən güclü idi. Amma biz daha yaxşı təsir bağışladıq. Layiqli qələbə qazandıq. Bəli, fərqlənə bilmədim, ancaq həmişə bütün gücümlə oynayıram. Bu oyunda Renato Sançes qol vurdu. Ona təbrik edirəm. Heç kəs yarımfinala yüksələcəyimizi gözləmirdi, ancaq biz artıq yarımfinaldayıq".
K.Ronaldo penaltilər seriyasının lotereya olduğunu söyləyib: "Penaltilər seriyasında yaxşı oynadıq". Portuqaliya millisinin hücumçusu yarımfinal qarşılaşması haqda da danışıb: "Belçika - Uels cütünün qalibi ilə üz-üzə gələcəyik. Uels bu turnirdə yaxşı təsir bağışlayır. Belçika da gözəl futbol nümayiş etdirir. Məqsədimiz çempion olmaqdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB