“Turan” klubu Vüsal Əliyevi ittiham etdi

“Turan” klubu Vüsal Əliyevi ittiham etdi

"Turan" klubu Azərbaycan Premyer Liqasının XXI turunda "Bakı" ilə matçdan razı qalmayıb. Siasport.az saytı xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsi ilə məlumat yayımlayıb. Məlumatda Tovuz təmsilçisi oyunun baş hakimi Vüsal Əliyevin matçda haqsız qərarlar verdiyini bildirir: "Oyunun hakimi Vüsal Əliyevin veriyi qərarlar etiraza səbəb oldu. Belə ki, o, bütün epizodlarda rəqibin lehinə qərarlar verməklə yanaşı azı üç dəfə rəqib futbolçulara kart göstərməkdən çəkindi. Bir epizodda isə cərimə meydançasının daxilində futbolçumuza kobudluq edilsə də, Əliyev folun xəttin kənarında olduğunu bildirərək penalti yerinə cərimə zərbəsi təyin etdi".

Bütün xəbərlər Facebook səhifəmizdə