Mirça Rednik: “Bizə nə “Bakı”, nə də “Neftçi” belə problemlər yarada bilməyib”

Mirça Rednik: “Bizə nə “Bakı”, nə də “Neftçi” belə problemlər yarada bilməyib”

Xəbər verdiyimiz kimi, Azərbaycan Premyer Liqasının XXI turu çərçivəsində "Xəzər Lənkəran" klubu AZAL-ı 2:1 hesabı ilə məğlub edib. Siasport.az saytı xəbər verir ki, "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mirça Rednik oyundan sonra fikirlərini bildirib: "Oyun bizim üçün çox çətin oldu, çünki qarşımızda yaxşı təşkilatlanmış komanda vardı. Biz heyətimizə güclü oyunçuları cəlb etmişik, ancaq hələlik onlardan arzu olunan oyunu görmürük. Bunun üçün vaxt lazımdır. AZAL məğlub olduğuna baxmayaraq, bizə çox böyük problemlər yaratdı. Hətta deyə bilərəm ki, bizə nə "Bakı", nə də "Neftçi" belə problemlər yarada bilməyib. Rednik Lənkəran azarkeşlərinə də möhtəşəm dəstəkə görə minnətdarlığını bildirib".

Bütün xəbərlər Facebook səhifəmizdə