Erməni boksçu Azərbaycan idmançısının zərbələrinə tab gətirə bilmədi
Bolqarıstanda boks üzrə ənənəvi "Strandja" turnirinə yekun vurulub. Siasport.az saytı xəbər verir ki, bu dəfəki yarışda rekord sayda idmançı - 22 ölkənin 150 boksçusu qələbə uğrunda mübarizə aparıb. Azərbaycan milli komandası Yevgeni Kotovun rəhbərliyi altında turnirdə qarışıq heyətlə yarışıb. Belə ki, Bolqarıstana son ölkə çempionatının mükafatçıları ilə yanaşı, bəzi qaliblər də aparılıb. Komandamızın 2 üzvü – Elvin İsayev və Tamerlan Abdullayev vətənə bürünc medalla dönüblər. Abdullayevin ¼ finalda Ermənistan boksçusu Volodya Hayrapetyan üzərində qələbəsi parlaq olub. Boksçumuzun zərbələri qarşısında davam gətirməyən rəqib döyüşü davam etdirməkdən imtina edib. Sinqapurda keçirilmiş Yeniyetmələrin ilk Olimpiya Oyunlarının gümüş mükafatçısı Elvin İsayev 14 finalda yerli idmançı Luben Todorovu 7:0 hesabı ilə məğlub edib. İsayev yarımfinalda ingiltərəli Martin Varda uduzaraq, bürünc medalla kifayətlənib. Tamerlan Abdullayev isə finala gedən yolda Avropa çempionatının bürünc mükafatçısı ukraynalı Oleksandr Klyuçkoya uduzub. Digər boksçularımız - Şaban Şahpələngov (52 kq), Elnur Əliyev (56 kq), Emil Məhərrəmov (69 kq), Sərxan Cabbarov (91 kq) və Fərid Paşayev (91+kq) isə Bolqarıstanda mükafatsız qalıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB