"Neftçi" Malta klubuna qalib gəldi

"Neftçi" Malta klubuna qalib gəldi

Bu gün Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunlarına yükun vurulacaq. Təmsilçilərimizdən "Neftçi" də yeni mövsümdə ilk oyununa çıxıb.
Vəli Qasımovun komandası səfərdə Maltanın "Baltsan" klubu ilə qarşılaşıb. Görüş "Neftçi"nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

Komandalar meydana aşağıdakı tərkibdə çıxıblar:

"Baltsan": 32 Janjuşeviç, 8 Feneç 9. Manevski 10. Grima(k) 11. Bezzina 16. Brincat 17. Effiong 18. Anderson Francisco 23. Serrano 50. Oliveira 86. Kaljeviç

"Neftçi": 1.Krşevan Santini 3. Jairo 7 Аraz Abdullayev(k) 8. Elşən Abdullayev 11. Ruslan Qurbanov 13. Murad Ağayev 17.Rəhman Hacıyev 22. Vançe Şikov 27.Məqsəd İsayev 30.Dario Melnyak 80.Edson Kastilyo

I təsnifat mərhələsinin ilk oyunları

20:00. "Baltsan" (Malta) - "Neftçi" (Azərbaycan) - 0:2
Qollar: Rəhman Hacıyev, 15, Ruslan Qurbanov, 83-pen.
Baş hakim: Yovan Kaludyeroviç
Hakimlər: Daniel Deviç, Vladan Todoroviç
Dördüncü hakim: Mileta Şçepanoviç (hamısı Monteneqro)

Bütün xəbərlər Facebook səhifəmizdə