Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunları keçirilir. Turnirdə təmsilçilərimizdən olan "Qəbələ" də bu gün mübarizəyə qoşulub. Roman Qriqorçukun komandası Gürcüstanın "Samtredia" klubunu qəbul edib.
Qarşılaşma komandamızın böyükhesablı qələbəsi ilə başa çatıb - 5:1. Bu, "Qəbələ"nin avrokuboklarda ən böyükhesablı qələbəsidir.
Qeyd edək ki, komandalar arasında cavab görüşü bir həftə sonra Zestafonidə keçiriləcək. "Qəbələ" Gürcütsandan sərfəli nəticə ilə qayıtsa, II təsnifat mərhələsində "Aktobe" (Qazaxıstan) - "Budapeşt" (Macarıstan) cütünün qalibi ilə qarşılaşacaq.
Komandalar meydana aşağıdakı tərkibdə çıxıblar:
"Qəbələ": 22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç, 6. Rəşad Sadıqov, 7. Nika Kvekveskiri, 9. Sergey Zenyov, 15. Vitali Vernidub, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 27. Teo Uiks, 34. Urfan Abbasov
Ehtiyat oyunçular: 33. David Pietrjkeviç, 8. Qismət Əliyev, 17. Məhəmməd Mirzəbəyov, 32. Rəşad Eyyubov, 44. Rafael Santos, 88. Tellur Mütəllimov, 90. Ramil Həsənov
"Samtredia": 12. Miqnieşvili, 3. Qoqiaşvili, 4. Sandoxadze, 6. Mancqaladze, 7. Rajamaşvili, 10. Arabuli, 11. Zivzivadze, 14. Cikiya, 16. Şerqelaşvili, 22. Mçedlişvili, 26. Datunayşvili
Ehtiyat oyunçular: 30. Meşveliani, 2. Mtivlişvili, 8. Markozaşvili, 15. Çnobiladze, 17. Kerdzevadze, 39. Qorqiaşvili, 77. Qamkrelidze
30 iyun
21:00. "Qəbələ" (Azərbaycan) - "Samtredia" (Gürcüstan) - 5:1
Qol: Stankoviç, 16 (1:0), Zenyov, 19 (2:0), Teo Uiks, 31 (3:0), Şergelaşvili, 60 (3:1), Teo Uiks, 69 (4:1), 72 (5:1)
Baş hakim: Denis Şerbakov
Baş hakimin köməkçiləri: Dmitri Juk, Yuri Xomçanka
Dördüncü hakim: Sergey Tsınkeviç (hamısı Belarus)
Bakı. 8-ci kilometr qəsəbə stadionu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB