“Qəbələ” gürcü klubunu darmadağın etdi

“Qəbələ” gürcü klubunu darmadağın etdi

Bu gün futbol üzrə UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunları keçirilib. SİA xəbər verir ki, Azərbaycanı bu turnirdə təmsil edən "Qəbələ" Gürcüstanın "Samtredia" klubunu qəbul edib. "Qəbələ" futbolçuları, demək olar, elə ilk hissədə matçın taleyini həll ediblər. Belə ki, 16-cı dəqiqədə Stankoviç gürcüləri məyus edib. 3 dəqiqə sonra Sergey Zenyov fərqi artırıb. 30-cu dəqiqədə Teo Viks də fərqlənib - 3:0.

İkinci hissəyə "Samtredia" fəal başlayıb - 59-cu dəqiqədə Şerqelaşvili hesab arasındakı fərqi azaldıb. Lakin 69 və 72-ci dəqiqədə vurduğu qollarla T.Viks het-trik edib - 5:1. Xatırladaq ki, bu mərhələdə mübarizə aparan "Neftçi" səfərdə Maltanın "Baltsan" klubunu 2:0 hesabı ilə məğlub edib. "Kəpəz" isə Moldovanın "Daçiya" klubu ilə qolsuz bərabərə qalmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə