Azərbaycan yığması Rusiya millisinə məğlub oldu

Azərbaycan yığması Rusiya millisinə məğlub oldu

Bu gün Belarusun paytaxtı Minsk şəhərində yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışları start götürüb. Siasport.az saytı xəbər verir ki, Dünya Kuboku yarışlarında Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, Ermənistan, Kuba, Bolqarıstan, Qazaxıstan, İran, Koreya və Belarus komandaları mübarizə aparır. Baş məşqçi Fərid Mansurov, məşqçilər Akif Əliyev və Vüqar Aslanovun rəhbərliyi altında yığmamızın 11 üzvü Belarusdadır.

Dünya Kubokunda yığmamızı Eldəniz Əzizli, Rövşən Bayramov (hər ikisi 55 kq), Həsən Əliyev, Orxan Paşayev (hər ikisi 60 kq), Vitali Rəhimov, Rüstəm Əliyev (hər ikisi 66 kq), Rafiq Hüseynov (74 kq), Saman Təhmasibi (84 kq), Şalva Qadabadze (96 kq), Zaur Mehrəliyev, Anton Botev (hər ikisi 120 kq) təmsil edir.

AGF Hakimlər Kollegiyasının sədri, olimpiya dərəcəli hakim Əjdər Cəfərov görüşlərin idarə edilməsində iştirak edir.

Yarışın ilk günü Azərbaycan yığması Rusiya ilə qarşılaşıb və 1 xal fərqi ilə məğlub olub (3:4)

Rövşən Bayramov - Nazir Mankiyev - 0:1 (İdmançımız zədələnib və mübarizəni dayandırıb) (55 kq)

Həsən Əliyev - Asaln Abdullin - 0:1, 1:3 (60 kq)

Vitali Rəhimov - Ambako Vaçadze - 0:1, 1:0, 1:0 (66 kq)

Rafiq Hüseynov - İmil Şarafetdinov - 1:0, 0:1, 1:0 (74 kq)

Saman Təhmasibi - Yevgeni Boqomolov - 0:1, 0:2 (84 kq)

Şalva Qadabadze - Rüstəm Totrov - 0:1, 0:1 (96 kq)

Anton Botev - Aleksandr Anuçin - 0:1, 2:0, 1:0 (120 kq)

Bütün xəbərlər Facebook səhifəmizdə