Rio Olimpiadasında Azərbaycan komandasının bayraqdarı Teymur Məmmədov olacaq

Rio Olimpiadasında Azərbaycan komandasının bayraqdarı Teymur Məmmədov olacaq

Rio-de-Janeyroda təşkil olunacaq XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bu, boksçumuz Teymur Məmmədovdur.

SİA xəbər verir ki, bu açıqlama ilə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib: "Biz bayraqdarın adını Olimpiya Oyunlarının açılışına bir həftə qalmış təqdim edəcəyik. Bu, bir çox məsələdən, o cümlədən idmançının açılış mərasimində olub-olmamasından asılıdır. Biz bayraqdarı güləşçilərdən, taekvondoçulardan da seçə bilərdik. Ancaq həmin vaxt onlar Braziliyada olmayacaqlar. Onlar yarışa hazırlaşdıqları üçün bir müddət sonra gələcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə