"Turan" "Bakı"dan Peşəkar Futbol Liqasına şikayət edib

"Turan" "Bakı"dan Peşəkar Futbol Liqasına şikayət edib

"Turan" "Bakı"dan Peşəkar Futbol Liqasına şikayət edib. Siasport.az saytı xəbər verir ki, buna səbəb paytaxt klubunun heyətində "lipa" tapılması olub. Belə ki, bu gün keçirilən "Turan" - "Bakı" (0:2) oyununda meydana çıxan Orxan Əsədov adlı futbolçunun adının və doğum tarixinin dəyişdirildiyi məlum olub. "Turan"dakı mənbənin verdiyi məlumata görə, Orxan Əsədov adlı futbolçunun əsl adı Ayxan olub. O, qış fasiləsinə qədər məhz Ayxan Əsədov adı ilə çıxış edib və 1993-cü il təvəllüdlü olaraq göstərilib. Lakin qış fasiləsindən sonra keçirilən oyunlarda Orxan Əsədova çevirilən futbolçu birdən-birə 2 yaş böyüyərək, Ayxan Əsədov olub. Özü də onun "Neftçi"nin baş məşqçisi Arif Əsədovun yaxın qohumu olduğu deyilir.

Məsələ ilə bağlı "Bakı"nın və PFL-in mövqeyini dərc etməyə hazırıq.//fanat.az

Bütün xəbərlər Facebook səhifəmizdə