Erməni hakkerlər “Qarabağ”ın “İmarət” fanklubunun facebook səhifəsini ələ keçiriblər
Azərbaycanın "Qarabağ" Futbol Klubunun fanklubu "İmarət"in facebook.com sosial şəbəkəsindəki səhifəsinə erməni hakkerlər hücum ediblər. Bu barədə siasport.az saytına fanklubun idarə heyətinin üzvü Qabil Hüseynov məlumat verib. Məlumata görə, erməni hakkerlər Ukraynada yaşayan admin Zaur Salmanın profilini ələ keçiriblər. Mənfurlar səhifəyə qondarma \"böyük ermənistan\"ın xəritəsini qoyublar. Statuslarda isə "Qarabağ"ın Ermənistana aid olduğunu əks etdirən yalançı informasiyalar yerləşdirilir və digərləri ilə paylaşılır.
Fanklubun hadisə ilə bağlı bəyanatında belə deyilir: "Fevralın 18-dən 19-na keçən gecə saat 00:00-da fan-klubumuzun \"Facebook.com\"dakı səhifəsi ermənilər tərəfindən xak edilib. Araşdırmalar nəticəsində məlum olub ki fevralın 19-u erməni zabiti Qurgen Markaryanın ölümündən 7 il keçir. Qurgen Markaryan Azərbaycan bayrağını təhqir etdiyinə görə Azərbaycan Silahlı Qüvvələrinin zabiti Ramil Səfərov tərəfindən qətlə yetirilib".
Qurum rəhbərləri təcili olaraq azərbaycanlı hakkerlər axtarışına başlayıblar ki, səhifəni geri qaytara bilsinlər. Artıq fanklubun yeni səhifəsi yaradılıb.
Fanklub rəhbərləri facebook istifadəçilərindən erməni hakkerlərin əlində olan köhnə səhifəni şikayət etmələrini xahiş edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB