Taleh Orucov: “Tehranın icra başçısı bizə sertifikat təqdim etdi ”-AÇIQLAMA
"Tehran şəhərinə dəvət olunduq, orda beynəlxalq seminar keçirdik. Seminarın əsas aparıcısı isə mən idim". Bu sözləri siasport.az saytına açıqlamasında Azərbaycan Kapoeyra Federasiyasının prezidenti Taleh Orucov deyib. Onun sözlərinə görə, seminar İran yığma komandası üçün təşkil olunmuşdu. Federasiya prezidenti qeyd edib ki, təlimdə 70 nəfərə yaxın iştirakçı olub. "Seminarda iştirakçılara beynəlxalq sertifikatlar təqdim olundu. Sonra mən Tehranın icra başçısı ilə görüşdüm. Onlar bizə sertifikat təqdim etdilər və minnətdarlıq bildirdilər. Nümayəndə heyətimiz Məşəd və Qum şəhərlərində də oldu. Mənimlə İrana 2 nəfər də getmişdi-federasiya prezidentinin köməkçisi Mütəllim Məmmədzadə və instruktor Elgiz Əlizadə. İranın ən tanınmış idman qəzetlərindən biri bizə səhifə ayırdı", - deyə T.Orucov əlavə edib.
Onun sözlərinə görə, bu
yaxınlarda İran yığma komandası Bakıya təlim-məşq toplanışına gələcək: "İran
yığması maliyyə məsələrini öz üzərinə götürüb. Əlimizdən gədiyi qədər onlara kömək göstərməyə hazırıq. Qonaqlar burda 1-2
həftə qalacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB