Mirbağır İsayev: ““Rəvan”la oyuna 3 xal uğrunda mübarizə üçün çıxacağıq”
Fevralın 20-də futbol üzrə Azərbaycan çempionatının I Divizionun mərkəzi matçında "Abşeron" paytaxtın "Rəvan" komandasıyla üz-üzə gələcək. Siasport.az saytı xəbər verir ki, "Rəvan"ın ev sahibləri kimi rəqiblərini qəbul etdiyi "Şəfa" stadionunun 4-cü meydançasında keçiriləcək qarşılaşma saat 14.00-da başlayacaq. Məsul oyun qabağı son məşqinə çıxan "Abşeron" komandası hazırlığını Olimpiya Milli Seçmə komandalarının Təlim-məşq bazasında keçirdi. Baş məşqçi Mirbağır İsayevin rəhbərliyi altında oyuna hazırlaşan komanda üzvləri çalışdırıcının bütün tapşırıqlarını həvəslə yerinə yetirirdilər. Qarşıdakı matçla bağlı sualımızı cavablandıran M.İsayev bildirdi ki, o, "Rəvan"la oyunu digər komandalarla oyundan fərqləndirmir, bu matça çempionatın növbəti təqvim oyunu kimi baxır: "Biz rəqiblərimiz arasında heç vaxt fərq qoymuruq. Bütün matçlara qələbə əzmi ilə çıxdığımız kimi "Rəvan"la oyuna da 3 xal uğrunda mübarizə üçün çıxacayıq".
Xatırladaq ki, "Abşeron" – "Rəvan" matçına Rövşən Əhmədovun başçılığı altında hakimlər heyəti rəhbərlik edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB