Arxayınçılıq milli komandamıza baha başa gələcəkdi

Arxayınçılıq milli komandamıza baha başa gələcəkdi

Bakıda təlim-məşq toplanışında olan Rusiyanın qadın otüstü hokkeyçilərdən ibarət milli komandası Azərbaycan yığmasına qarşı ikinci yoldaşlıq oyunu keçirib. Siasport.az saytı xəbər verir ki, görüşün birinci hissəsində yerli hokkeyçilər daha yaxşı oynayaraq iki cavabsız topla irəli çıxıblar. Fasilədən dərhal sonra koreyalı baş məşqçi Kim Giesoonun rəhbərlik etdiyi Azərbaycan millisi daha bir qol vuraraq üstünlüyünü 3:0-a çatdırıb. Belə düşünmək olardı ki, komandamız böyük hesablı qələbə qazanacaq. Ancaq arxayınçılığa yol verən həmyerlilərimiz rəqib tərəfindən layiqincə cəzalandırılıb. 63 və 64-cü dəqiqələrdə Rusiya təmsilçiləri 2 dəfə fərqlənərək hesab arasındakı fərqi minimuma endirə biliblər. Bundan sonra hokkeyçilərimiz yalnız qələbə hesabını qorumaq üçün çalışıblar və istəklərinə nail olublar.

Qeyd edək ki, bu komandalar arasında son yoxlama oyunu fevralın 20-də baş tutacaq. Bir gün sonra - fevralın 21-də isə Rusiya hokkeyçiləri Bakıdakı təlim-məşq toplanışını başa vuraraq vətənə dönəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə