"Qarabağ" Aftandil Hacıyev və Devran Ayhanı Gəncəyə aparmadı

"Qarabağ" Aftandil Hacıyev və Devran Ayhanı Gəncəyə aparmadı
"Qarabağ" klubu Gəncəyə yola düşüb. Siasport.az saytı xəbər verir ki, bazar günü Premyer Liqanın XXI turu çərçivəsində şəhərin eyniadlı komandasının qonağı olacaq Ağdam təmsilçisi səhər Bakıda məşqini etdikdən sonra Gəncəyə yollanıb. Saat 15:00-da Bakını tərk edən komanda səfərə tam heyətlə yollanmayıb. Zədəli Aftandil Hacıyev və Devran Ayhan qərb bölgəsinə aparılmayıb.

Komanda sabah oyunun keçiriləcəyi meydanda məşq edərək hazırlıqlarını tamamlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə