Baş məşqçi: "Yeni transferlərimz terror zamanı hava limanında idilər" AÇIQLAMA

Baş məşqçi: "Yeni transferlərimz terror zamanı hava limanında idilər" AÇIQLAMA

Türkiyə Super Liqasında mübarizə aparacaq yeni komanda - "Adanaspor" 2016-2017-ci il mövsümünün ilk məşqini keçib. SİA-nın Türkiyə mediasına istinadən yaydığı məlumata görə, "Osman Yereşen" təsislərində bir araya gələn komanda baş məşqçi Engin İpəkoğlunun nəzarətində hazırlığa başlayıb.

Mütəxəssis jurnalistlərə açıqlamasında bildirib ki, komandanın hədəfi Super Liqada qalıcı olmaqdır: "Transfer çalışmalarımız davam edir. Bu gün 3-4 futbolçumuz məşqdə iştirak edə bilmir. Onlar burada olmalı idilər. Ancaq Atatürk Hava Limanında baş verən terror hadisəsindən sonra təyyarələrin fəaliyyəti qısa müddətdə dayandırldı və dəyişikliklər oldu. Futbolçularımız sabahdan heyətə qoşulacaqlar. Komandamız terror hadisəsindən təsirlələnib. Dünyasını dəyişənlərə Allahdan rəhmət diləyirəm".

O qeyd edib ki, komandanın futbolçularından Jose İgnasio, Meqaye Queye, yeni transferlər Ronei Qleison Rodriges ve Rodrigo Longo Freitas da terror hadisəsi zamanı hava limanında olublar: "Yeni transferlərimz də terror zamanı hava limanında idilər. Onlar gecə oteldə qalıblar. Sabahdan sözügedən futbolçular da məşqlərə başlayacaqlar".

Nəzərinizə çatdıraq ki, komanda yeni mövsümün hazırlığını sabah 2 məşqlə davam etdirəcək. Heyət Ramazan bayramında 3 gün istirahət etdikdən sonra, məşqlərini Boluda bərpa edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə