Cüdoçularımız bu gün Qran Pri yarışında mübarizəyə başlayırlar

Cüdoçularımız bu gün Qran Pri yarışında mübarizəyə başlayırlar

Bu güm Almaniyanın Düsseldorf şəhərində Qran Pri yarışına start verilir. Siasport.az saytı xəbər verir ki, iki gün davam edəcək yarışda yığma komandanın baş məşqçisi Ağayar Axundzadənin rəhbərliyi altında ümumilikdə 9 cüdoçumuz - İlqar Müşkiyev (-60kq), Tərlan Kərimov ( -66kq ), Renat Mirzəliyev (-73kq ) Elnur Məmmədli (-81 kq), Elxan Məmmədov, Ramin Qurbanov ( hər ikisi -90 kq), Elmar Qasımov (-100 kq) ,Emil Tahirov (+100kq), Kifayət Qasımova (-57 kq) və Ramilə Yusubova (-63 kq) mübarizə aparacaq.

Püşkatma nəticəsində cüdoçularımızın ilk rəqibləri müəyyənləşib:

19 Fevral

-60 kq İlqar Müşkiyev –Kudyakov Evqeniy (Rusiya)

-66 kq Tərlan Kərimov - Khalfaoul Houcem ( Tunis)

-73 kq Renat Mirzəliyev -Zeng Qinqdonq ( Çini)

-57 kq Kifayət Qasımova – Quadros Ketleyn (Braziliya)

-63 kq Ramilə Yusubova – Aldykova Zarina (Qazaxıstan)

20 Fevral

-81 kq Elnur Məmmədli - Keller Christoph (İsveçrə) Fernandez Jonathan ( Amerika Birləşmiş Ştatları) cütünün qalibi ilə görüşəcək.

-90 kq Elxan Məmmədov- Matei Danyel (Rumıniya) Rosati Dieqo (Argentina) cütünün qalibi ilə görüşəcək.

-90 kq Ramin Qurbanov - Kardenas Isao (Meksika)

-100 kq Elmar Qasımov- Makhmadov Zəfər (Rusiya)

+100 kq Emil Tahirov - Hanjiliaşvili Zviad (Gürcüstan)

Yarışlar hər gün Bakı vaxtı ilə saat 11:30 da, final mərəhələsi isə saat 19:00 da başlanır.

Bütün xəbərlər Facebook səhifəmizdə