FİFA meneceri: “Bu əməlləri törədənləri insan kimi qəbul etmirəm” AÇIQLAMA

FİFA meneceri: “Bu əməlləri törədənləri insan kimi qəbul etmirəm” AÇIQLAMA

İstanbulda Atatürk Hava Limanında baş verən terror hadisəsi zamanı FİFA meneceri Marco Kırdemir də orada olub. SİA-nın məlumatına görə, menecer Türkiyə mətbuatına açıqlamasında bu əməlləri törədənləri insan kimi qəbul etmədiyini bildirib: "Çox çətin gecə keçirdik. O hadisəni anlatmaq üçün kəlimə tapa bilmirəm. Çinə gedərkən biletimi dəyişdirmək üçün xarici xətlər terminalına keçdim və bu zaman gurultu eşidildi. Öncə zəlzələ olduğunu sandım, ancaq qışqırıq və silah səslərini eşidəndə səhv başa düşdüyümü anladım. Bu əməlləri törədənləri insan kimi qəbul etmirəm. Hadisə Avropada da böyük narahatlığa səbəb oldu. Belçikada da belə bir terror hadisəsi baş vermişdi. Hadisə Atatürk Hava Limanında ilk yoxlanış postunda baş versə də, böyük faciəyə səbəb oldu. Bir terroristin əllərinin qandallanıb aparıldığını gördüm. Türkiyə polisi və təhlükəsizlik xidmətinin işçilərinə minnətdar olmalıyıq. Onlar daha böyük faciənin qarşısını aldılar. Türk bayrağı altında bu xainlərə qarşı mübarizə aparmalıyıq".

Xatırladaq ki, Atatürk Hava Limanında baş verən terror hadisəsində ölənlərin sayı 41-ə çatıb, 140-dan çox insan yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə