Rizvan Gənciyev: “Qazaxlar məğlubiyyətlə barışmaq istəmirlər” - FOTOSESSİYA
Bu gün "Sərhədçi" İdman Olimpiya Mərkəzində WSB liqasında mübarizə aparan "Baku Fires" və "Pohang Poseidons" klubunun rəsmilərinin və idmançılarının iştirakı ilə mətbuat konfransı keçirilib. Siasport.az saytı xəbər verir ki, görüşün supervayzeri yarış haqda bir daha qısa məlumat verdikdən sonra idmançılar çəki prossesinə dəvət olunublar.
Qeyd edək ki, komandamızın heyətində Maqomed Əbdülhəmidov (54 kq),
Semyon Qrivaçyov (61 kq), Osman Əliyev (73 kq), Rizvan Əlimuradov (85 kq) və
Əbdülkadir Abdullayev (91+kq) mübarizə aparacaqlar. Koreya klubu isə döyüşə
Lukaş Maşçik (54kq), Bahodirjon Sultonov (61 kq), Viktor Kotijanski (73 kq),
Abdelxafid Bençabla (85 kq) və Çouaib Bulodinasla (91+kq) çıxacaq.
"Baku Fires" baş meneceri Rizvan Gənciyev Qazaxıstan mətbuatında
"Astana Arlans"ın baş meneceri Bolat
Mankenovun "Bakıda bizə qarşı ədalətsizlik oldu. Nizam-intizam Komitəsinə
müraciət etmişik" fikrinə münasibət bildirdi. Gənciyev bütün bunların əsassız
olduğunu və komandamızın rəqibdən güclü olduğunu qeyd etdi: "İndiyədək 3 dəfə
onlarla görüşmüşük, hər dəfə də qələbə bizim tərəfimizdə olub. Qazaxlar
məğlubiyyətlə barışmaq istəmirlər. Onlar anlayıblar ki, pley-off mərhələsindən kənarda
qala bilərlər, ona görə də belə yollara əl atırlar. Fevralın 24-də Lozzanada
WSB-nin bununla bağlı qərarı açıqlanacaq. İnanırıq ki, Nizam-İntizam Komitəsi
məsələyə obyektiv qiymət verəcək" Qeyd edək ki, fevralın 24-də "Baku Fires"
komandasının da şikayətinə baxılacaq. Belə ki, yanvarın 29-da Çinin Makao
şəhərində keçirilmiş döyüşdə komandamız "Beijing Dragons" klubunu 3:2 hesabı
ilə məğlub etmişdi. Gənciyevin fikrincə, həmin döyüşdə komandamızın 2
boksçusuna qarşı ədalətsizlik olub.
Koreya klubunun baş məşqçisi Mars Kuçkaryov "Baku Fires"in qələbə yürüşünü dayandırmağa çalışacaqlarını bildirdi: "Turnir cədvəlində sonuncu yeri tuturuq. Odur ki, bizə mütləq qələbə gərəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB