Almaniyalı futbol əfsanəsi Runini “topa tutdu”

Almaniyalı futbol əfsanəsi Runini “topa tutdu”

Almaniya millisinin canlı əfsanəsi Lotar Matteus İngiltərə millisinin kapitanı olan Runini "topa tutub". SİA "The Sun"a istinadən xəbər verir ki, əfsanə futbolçu İngiltərə yığmasının Runinin yoxluğunda daha yaxşı oyun sərgilədiyini bildirib: "İngiltərə Almaniyanı 3:2 hesabı ilə məğlub etdiyində Runi meydanda yox idi. Həmin vaxt komanda daha yaxşı təsir bağışlayırdı. Runi oynadıqda, digər futbolçular psixoloji olaraq sərbəst düşünə bilmirlər. Gənc futbolçulardan yeni komanda qurulmalı, onlara güvənilməli və səhvlərdən dərs çıxarılmalıdır. Bu yığmaya yeni lider lazımdır. Ancaq Runi bu keyfiyyətlərə malik deyil. O, artıq bütün diqqətini "Mançester Yunayted"ə yönəltməlidir. Yığmadakı karyerasını başa vurması üçün ən doğru zamandır. Yeni baş məşqçinin Runini yığmadan kənarlaşdırmasındansa, elə onun özünün millidən getməsi daha yaxşı olar. İslandiya ilə matç Runinin yığmadakı son oyunu olmalıdır. Bu həm onun özü, həm də İngiltərə millisi üçün yaxşı olar".

Qeyd edək ki, İngiltərə millisinin "Avro-2016"nın 1/8 finalında İslandiyaya 1:2 hesabı ilə uduzaraq mübarizəni dayandırmasından sonra Runi yığmadakı karyerasını başa vurmağı düşünmədiyini açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə