"Qəbələ" klubunun futbol direktoru Toni Adams karyerasını İngiltərədə davam etdirəcək. SİA xəbər verir ki, bu barədə İngiltərənin nüfuzlu "The Sun" qəzeti yazı dərc edib. Qəzetin yazdığına görə, 49 yaşlı mütəxəssis sabiq komandası "Arsenal"da məşqçilik edəcək. O, klubun canlı əfsanəsi Tyeri Anri ilə birgə "Arsenal"ı U-18 komandasında çalışacaq. Qeyd edək ki, futbolçu karyerasında 19 il "Arsenal"ın şərəfini qoruyan Adams "topçular"ın heyətində 674 oyun keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB