Mətbuat xidmətinin rəhbərləri üçün seminar keçirilib

Mətbuat xidmətinin rəhbərləri üçün seminar keçirilib
Bu gün AFFA-nın Futbol Akademiyasında \"UEFA-nın klub yarışlarında və Azərbaycan Futbol "Premyer Liqasında" iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə Qaydalar\"a uyğun olaraq, Premyer Liqa və I Divizionda çıxış edən klubların mətbuat xidməti rəhbərləri üçün seminar keçirilib. Siasport.az saytı xəbər verir ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbər müavini İlqar Əliyev, Lisenziyalaşdırma qrupunun kadr və inzibati meyarlar üzrə eksperti Bəhram Dadaşov, Lisenziyalaşdırma qrupunun UEFA üzrə əlaqələndiricisi Nicat Hüseynov, AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Quluyev, həmin departamentin baş mütəxəssisi Firuz Qarayevin iştirakı ilə keçirilən seminarda mətbuat xidmətlərinin vəzifəsi, fəaliyyət istiqaməti, oyunlardan əvvəl və sonra mətbuat konfranslarının təşkili, klubların saytlarının iş prinsipi barədə ətraflı məlumat verilib, klub nümayəndələrinin sualları cavablandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə