AZƏRTAC BŞH-nin diplomuna layiq görülüb FOTO

AZƏRTAC BŞH-nin diplomuna layiq görülüb FOTO

Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) bu il iyunun 17-19-da Bakıda ilk dəfə keçirilən Formula-1 Avropa Qran-prisi haqqında ictimaiyyət arasında məlumatlılığın artırılmasında və yarışla əlaqədar görülən işlərin davamlı şəkildə yüksək səviyyədə işıqlandırılmasında göstərdiyi böyük xidmətə görə "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin diplomuna layiq görülüb.

SİA-nın məlumatına görə, "Bakı Şəhər Halqası" Əməliyyat Şirkətinin rəsmi media tərəfdaşı olan AZƏRTAC Formula-1 Avropa Qran-prisinə hazırlıq barədə mütəmadi xəbərlər yayıb. Qran-prinin yüksək səviyyədə işıqlandırılmasına təcrübəli müxbir və fotomüxbirlərini cəlb edən agentliyin bu mötəbər yarışla bağlı xəbərləri 7 dildə təqdim olunub, fotoları bütün dünyada yayılıb. AZƏRTAC-ın saytında yarışla əlaqədar Formula-1 bölməsi yaradılıb, Qran-pri barədə bütün xəbərlər, foto və videomateriallar burada yerləşdirilib.

Bununla yanaşı, AZƏRTAC yarışın əhəmiyyətini göstərmək üçün Beynəlxalq Avtomobil Federasiyasının Formula-1 üzrə dünya çempionatında iştirak edən komandalar və pilotlar haqqında da intensiv materiallar yayımlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə