Portuqaliyanın Anadiya şəhərində idman gimnastikası üzrə "Challenge" seriyasına aid dünya kuboku yarışları keçirilib. SİA-nın məlumatına görə, ölkəmizi "Rio-2016" Olimpiya Oyunlarında təmsil edəcək Oleq Stepko paralel qollarda qızıl medal qazanıb. O, bu alətdə çıxışına görə hakimlərdən 15.800 xal alıb.
Sərbəst hərəkətlərdə və halqalar üzərində çıxışına görə də finala yüksələn idmançımız hər iki növdə 7-ci nəticə göstərib.
O.Stepko ilə birgə paralel qollarda finala vəsiqə qazanmış digər təmsilçimiz Petro Paxnyuk isə 5-ci olub.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB