"Qarabağ" bu gün "Gəncə"yə yola düşəcək

"Qarabağ" bu gün "Gəncə"yə yola düşəcək
"Qarabağ" klubu "Gəncə" ilə oyunun hazırlıqlarını davam etdirir. Siasport.az saytı xəbər verir ki, bazar günü səfərdə elitanın debütantı ilə qarşılaşacaq komanda dünən günü tək məşqlə keçirib. Günün yeganə məşqi 11:30-da "Sərhədçi" İdman Kompleksinin meydançasında baş tutub. Komandanın məşqi 90 dəqiqə davam edib. Ağdam təmsilçisinin zədəlilərindən Sail Kərimov artıq komandayla məşqlərə qatılır. Digər zədəlilərdən – belində ağrı olan Devran Ayhan, sağ ayaq əzələsində problem olan Aftandil Hacıyev isə sadəcə trenajorda məşq etməklə kifayətləniblər. Türkiyədə müalicə olunan Maksim Medvedev isə fevralın 19-u Bakıya dönəcək.

Komanda bu gün səhər məşq etdikdən sonra Gəncəyə yola düşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə