“Dinamo” İstanbulda “Beşiktaş”ı darmadağın etdi 4:1

“Dinamo” İstanbulda “Beşiktaş”ı darmadağın etdi 4:1

İstanbulun "Beşiktaş" futbol klubu UEFA Avropa Liqasının 1/6 final mərhələsinin ilk qarşılaşmasında dünən "İsmət İnönü" stadionunda Kiyevin "Dinamo" klubunu qəbul edib. Siasport.az saytı xəbər verir ki, qarşılaşmaya qədər İstanbul nəhənginin özündən razı bəyanatları, qarşılaşmanın elə ilk dəqiqələrindən öz qüvvəsini itirib. Yuri Syominin komandası, texnikalı oyunu ilə Avropanın nəhəng klublarından transfer olunan ulduz futbolçuların cəmləşdiyi "Beşiktaş"dan güclü olduğunu ortaya qoyub. Artıq oyunun 27-ci dəqiqəsində Ognjen Vukojevic İstanbul klubunun müdafiəsini yararaq topu "Beşiktaş"ın qapısından keçirib. 1:0 hesablı qələbəni bayram etmək qonaqlara çox da nəsib olmayıb. Belə ki, "qara qartal"ın portuqaliyalı futbol ulduzu Rikardo Quaresma qarşılaşmanın 37-ci dəqiqəsində gözəl qola imza ataraq hesabı bərabərləşdirib. Amma oyunun ikinci hissəsində "İsmət İnönü" stadionuna toplaşan "Beşiktaş" azarkeşləri əsl şok yaşayıblar. Belə ki, oyunun 50-ci dəqiqəsində əvvəlcə Andrey Şevçenko və bundan 6 dəqiqə sonra isə Ayilla Yussuf hərəyə bi dəfə fərqlənərək hesabı 3:1 öz xeyirlərinə dəyişiblər. Bundan sonra meydan sahibləri qol vurmaq üçün irəli atılsalar da, bu elə cəhd olaraq qalıb. Bunun əvəzində 89-cu dəqiqədə Qusev "Beşiktaş"ın qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib. Beləliklə İstanbuldan 4:1 hesablı qələbə ilə Ukraynaya qayıdan Kiyev "Dinamo"su növbəti mərhələyə keşmək üçün böyük imkan əldə etdib. "Beşiktaş" isə artıq Avropa ilə vidalaşmaq haqda fikirləşməlidir.

Bütün xəbərlər Facebook səhifəmizdə