"Azərreyl" asan qələbə qazandı

"Azərreyl" asan qələbə qazandı
Voleybol üzrə Azərbaycan Superliqasının IX turunun son oyunu keçirilib. Siasport.az saytı xəbər verir ki, "Sərhədçi" İdman Kompleksində "Lokomotiv" "Azərreyl"lə qarşılaşıb. Oyunda "Azərreyl" asanlıqla rəqibini məğlub edib. İlk setdə "Lokomotiv"ə göz açmağa imkan verməyən "Azərreyl" 13:25 hesabı ilə üstün olub. İkinci set də demək olar ki, ilk setdən fərqlənməyib-12:25. Üçüncü setdə "Lokomotiv" daha yaxşı oynayıb və 22 xal qazana bilib. Ancaq buna baxmayaraq, "Azərreyl" 22:25 hesabı ilə son seti də öz xeyrinə başa vurub-0:3.

Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk oyunda da "Azərreyl" 3:0 hesabı ilə qələbə qazanmışdı.

Turnir cədvəli


"Rabitə" 16 xal

"İqtisadçı" 16 xal

"Azərreyl" 16 xal

"Lokomotiv" 12 xal

"Bakı" 11 xal

"Şirvan" 10 xal

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com