\"Bakı\" Adnan Bərəkətin xidmətindən 1 həftə yararlana bilməyəcək

\"Bakı\" Adnan Bərəkətin xidmətindən 1 həftə yararlana bilməyəcək
\"Bakı\" klubunun hollandiyalı yarımmüdafiəçisi Adnan Bərəkət Azərbaycan Premyer Liqasının 21-ci turunun \"Turan\"-\"Bakı\" qarşılaşmasında forma geyinə bilməyəcək. Siasport.az saytı xəbər verir ki, futbolçu komandanın dünənki məşqində zədələnib. A.Bərəkət əzələsini dartıb və həkimlərin rəyinə görə 1 həftə ərzində müalicə olunmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə