“Rabitə” “Bakı”nı asanlıqla məğlub etdi

“Rabitə” “Bakı”nı asanlıqla məğlub etdi

Voleybol üzrə Azərbaycan Superliqasının IX turunun daha bir oyunu baş tutub. Siasport.az saytı xəbər verir ki, "Sərhədçi" İdman Kompleksində "Rabitə" klubu "Bakı" ilə qarşılaşıb. Oyunda "Rabitə" "Bakı"nı asanlıqla məğlub edib. İlk iki setdə 18:25 hesabı ilə üstün olan rabitəçilər, həlledici hissəni 14:25 hesabı ilə yekunlaşdırıblar və komanda 0:3 hesabı ilə qalib gərərək aktivinə növbəti qələbəsini yazıb.

Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk oyunda da "Rabitə" 3:0 hesabı ilə qələbə qazanmışdı.

Qeyd edək ki, bu gün həmçinin həmin arenada saat 18:00-da "Azərreyl" "Lokomotiv"lə münasibətlərə aydınlıq gətirəcək.

Turnir cədvəli

"Rabitə" 14 xal

"İqtisadçı" 14 xal

"Azərreyl" 14 xal

"Lokomotiv" 11 xal

"Bakı" 10 xal

"Şirvan" 9 xal

Bütün xəbərlər Facebook səhifəmizdə