Elçin Cəfərov: “A.Botevə özünü göstərmək üçün daha bir şans verilib”-AÇIQLAMA

Elçin Cəfərov: “A.Botevə özünü göstərmək üçün daha bir şans verilib”-AÇIQLAMA

Xəbər verdiyimiz kimi, bir vaxtlar yunan-Roma güləşi üzrə Azərbaycan yığmasınının üzvü olmuş, sonradan heyətdən uzaqlaşdırılmış Anton Botev yenidən milliyə çağrılıb. Bununla əlaqədar olaraq hazırda milli komandamız ilə Minskdə yunan-Roma güləşi üzrə Dünya Kuboku yarışlarında olan Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərovla əlaqə saxladıq. Vitse-prezident A.Botevin uğursuz çıxışlarına görə yığmadan uzaqlaşdırıldığını, o vaxtdan çox zaman keçdiyini bildirib: "Anton Botev zəif nəticələrə görə yığmadan uzaqlaşdırılmışdı. Bundan xeyli vaxt keçib. O, bizim idmançıdı, bizim vətəndaşdır. A.Botevə özünü göstərmək üçün daha bir şans verilib".

Bütün xəbərlər Facebook səhifəmizdə