\"İqtisadçı\" qalib gəldi

Voleybol üzrə Azərbaycan Superliqasının IX turunun ilk oyunu keçirilib. Siasport.az saytı xəbər verir ki, "Sərhədçi" İdman Kompleksində baş tutmuş matçda "İqtisadçı" və "Şirvan" klubları qarşılaşıblar. Oyunda "İqtisadçı" klubu rəqibinə 0:3 hesabı ilə qalib gəlib. İlk setdə 20:25 hesabı ilə üstün olan iqtisadçılar, ikinci setdə 17:25 hesabı ilə qalib gəliblər. Son setdə isə \"İqtiadçı\" 6:25 hesabı ilə oyunun taleyini həll edib.

Xatırladaq ki, ilk oyunda \"İqtisadçı\" 3:1 hesabı ilə qalib gəlmişdi.

Qeyd edək ki, bu gün həmçinin həmin arenada saat 16:00-da "Rabitə" "Bakı" ilə, saat 18:00-da isə "Azərreyl" "Lokomotiv"lə münasibətlərə aydınlıq gətirəcək.

Turnir cədvəli

"Rabitə" 14 xal

"İqtisadçı" 14 xal

"Azərreyl" 14 xal

"Lokomotiv" 11 xal

"Bakı" 10 xal

"Şirvan" 9 xal


Bütün xəbərlər Facebook səhifəmizdə